Bank Of Baku

Nazir: “Son 2-3 ayda təkcə Bakıda ağac kəsilməsi ilə bağlı 60 min manatadək cərimə tətbiq olunub”

Nazir: “Son 2-3 ayda təkcə Bakıda ağac kəsilməsi ilə bağlı 60 min manatadək cərimə tətbiq olunub”
# 28 avqust 2009 13:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Ölkə prezidentinin Abşeron yarımadasında 3 milyona qədər ağac əkilməsi haqqında tapşırığının icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində yaşıllıqlar ikiqat artırılacaq. Bunun üçün yerlər müəyyənləşdirilib, öyrənilib, o yerlərdə su mənbələri ortaya çıxarılıb”. APA-nın məlumatına görə, bu sözləri YAP-ın saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, artıq bu məqsədlə layihələr də hazırlanıb: “Daha çox elmi əsaslara söykənən layihələndirmə işləri aparılır, bu istiqamətdə 5-6 layihə hazırlanıb, 20-dək layihənin isə üzərində iş gedir. Düşünürük ki, builki əkin mövsümündə hava limanının ətrafında, keçmiş bazarların yerində böyük yaşıllıq massivləri salınsın. Aeroport yolunun yaxınlığındakı böyük gölməçələrin yerində geniş yaşıllıq sahələri salmağı qərara almışıq. Ümumilikdə, həmin ərazidə 2 min hektara qədər yaşıllıq sahəsinin salınması nəzərdə tutulur”.

H. Bağırov bildirib ki, dövlət başçısının göstərişindən sonra Bakıda ağacların kəsilməsi halı xeyli azalıb: “Bu istiqamətdə cəmiyyət də diqqətli olmalıdır. Ölkədə ictimai nəzarət də güclüdür, hər bir kəsilən ağac üçün etiraz səsi qaldırılır. Əkilən ağacların sayı kəsilən ağacların sayından da qat-qat çoxdur. Ağacların kəsilməsinə görə böyük cərimələr nəzərdə tutulub. Məsələn, son 2-3 ayda təkcə Bakıda ağac kəsilməsi ilə bağlı 60 min manatadək cərimə tətbiq olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR