Bank Of Baku

“Həmkarlar ittifaqlarında qadınların rolunun gücləndirilməsi” mövzusunda seminar keçirilib

“Həmkarlar ittifaqlarında qadınların rolunun gücləndirilməsi” mövzusunda seminar keçirilib
# 28 avqust 2009 14:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) “Gender bərabərliyinə kompleks yanaşma” mövzusunda həmkarlar ittifaqları işçiləri, fəalları və gender bərabərliyi üzrə qadın komissiyalarının üzvləri üçün seminar keçirib. Konfederasiyadan APA-ya verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və əməkdaşlarının iştirakı ilə təşkil edilmiş tədbirin məqsədi insan haqları kontekstində gender bərabərliyi məsələsi ilə dinləyicilərin tanışlığı, həmkarlar ittifaqlarının əməli fəaliyyətinə gender tematikasının geniş tətbiq edilməsi üçün təşkilatların imkanlarının müzakirəsi, qadın problemləri və gender bərabərliyi üzrə komissiyaların real iş planlarının tərtib edilməsi və digər məsələlər olub. Seminarın proqramı çərçivəsində “Hüquq bərabərliyi və onun cinslər arasında həyata keçməsi imkanları”, “Həmkarlar ittifaqına üzv olmanın səbəbləri”, “Həmkarlar ittifaqında qadın liderliyi: Şəxsi baxışlar” və s. müzakirə edilən mövzular dinləyicilər arasında interaktiv formada aparılıb. Seminarda BƏT nümayəndəsi Y.V.Yesenina “İnsan haqları kontekstində gender bərabərliyi” mövzusunda mühazirə oxuyub.
Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR