Bank Of Baku

Nazir: “Bəzi ölkələr Xəzərdən siyasi məqsədlər üçün istifadə edirlər, amma ekoloji cəhətdən heç bir qayğı göstərmirlər”

Nazir: “Bəzi ölkələr Xəzərdən siyasi məqsədlər üçün istifadə edirlər, amma ekoloji cəhətdən heç bir qayğı göstərmirlər”
# 28 avqust 2009 14:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Xəzəryanı dövlətlər içərisində Azərbaycan yeganə ölkədir ki, Xəzər dənizində ekoloji tarazlığın qorunub saxlanılmasında böyük layihələrlə çıxış edir”. APA-nın məlumatına görə, bu barədə YAP_ın internet saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. Xəzər sularının ekoloji mühafizəsinin gücləndirildiyini deyən nazirin sözlərinə görə, bəzi böyük ölkələr Xəzər dənizindən siyasi məqsədlər üçün istifadə edirlər, amma ekoloji cəhətdən heç bir qayğı göstərmirlər: “Dənizin çirklənməsi Volqa çayının dənizə qovuşan yerində 80 faiz, Ural çayının dənizə qoşuşan yerində 7-8 faizdir. Bu gün Xəzərin Qazaxıstan akvatoriyasında elə neft sahələri var ki, çirkab konservasiya olunmayan quyulardan birbaşa dənizə axır. İranda dənizin sahillərində isə 14 milyon insan yaşayır və nəzərə almaq lazımdır ki, heç bir ölkədə dəniz sahilində bu qədər əhali yaşamır. Amma bu ərazilərdə heç bir təmizləyici qurğu mövcud deyil. Kür və Araz çaylarına gəldikdə isə bu çaylar Gürcüstan və Ermənistan ərazisində çirklənir. Baxmayaraq ki, bu çayların suyu bir neçə dəryaçada durulur, təmizlənir və nəticədə dənizə tökülür. Biz bu məsələnin də qarşısının alınması üçün tədbirlər həyata keçiririk”.
Nazir bildirib ki, ölkə prezidentinin müvafiq sərəncamları ilə gündə 6140 m3 sutəmizləmə gücünə malik, beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran və Novxanı-Sumqayıt sahilboyu ərazilərində 17 stansiya istismara verilərək "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR