Bank Of Baku

Hüseyn Bağırov: “Ekoloji təcavüz Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir”

Hüseyn Bağırov: “Ekoloji təcavüz Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir”
# 28 avqust 2009 14:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın "yaşıl soyqırım" siyasəti və ən nadir təbiət abidələrini darmadağın etməsi, eyni zamanda Araz çayını çirkləndirməsi barədə beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər etmişik”. APA-nın məlumatına görə, bunu YAP-ın internet saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O bildirib ki, ekoloji təcavüz də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir: “İşğalçılar güllə atmasalar belə, çayları, gölləri çirkləndirir, meşələri qırırlar. Ermənilər hər sahədə - informasiya sahəsində də, ekologiya sahəsində də Azərbaycanla müharibə aparırlar. Beynəlxalq təşkilatlara şikayət etsək də, qarşı tərəf daha çox susmağa üstünlük verir”.

H. Bağırov Avropanın bu problemə ikili standartla yanaşdığını söyləyib: “Müəyyən səbəblərdən bir çox ölkələr, beynəlxalq təşkilatlar ermənipərəst mövqe tutub. Biz beynəlxalq təşkilatların böyük tədbirlərində və ikitərəfli görüşlərdə problemi qaldırırıq. Çalışırıq ki, bu faktları daha geniş formada dünyada yayaq və Ermənistanın təcavüzünün təkcə Azərbaycan üçün deyil, regionumuz üçün böyük təhlükələr yaratdığını beynəlxalq aləmə çatdıraq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR