Bank Of Baku

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi hazırlanıb

“Məişət  zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi hazırlanıb
# 28 avqust 2009 14:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin iştirakı ilə görüş keçirilib. APA-nın məlumatına görə, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, elm adamlarının iştirakı ilə keçirilən görüşdə komitə və ATƏT-in Bakı ofisi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi müzakirə olunub. Komitə sədri Hicran Hüseynova bildirib ki, bu il BMT-də Azərbaycanın 4-cü dövri hesabatı dinlənib: “Əsas tövsiyələrdən biri o olub ki, Azərbaycan məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul etməlidir”. H. Hüseynova 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı 4370 cinayət işi açıldığını iştirakçıların diqqətinə çatdırıb.

Səfir Ə. B. Cankorel də müzakirə olunan məsələnin çox önəmli və mühüm məsələ olduğunu vurğulayıb: “Hər ölkədə olduğu kimi, Azərbaycanda da bəzi çatışmazlıqlar var. Təbii ki, bu çatışmazlıqları aradan qaldırmaq üçün önəmli işlər görülür. Mən xüsusən də Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri və Milli Məclisin qəbul etdiyi qanunları qeyd etmək istərdim”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR