Bank Of Baku

Zaqatala rayonunda mal-qara arasında quduzluq xəstəliyi yayılıb

Zaqatala rayonunda mal-qara arasında quduzluq xəstəliyi yayılıb
# 28 avqust 2009 14:44 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov. APA. Azərbaycanın Zaqatala rayonunda iribuynuzlu mal-qara arasında quduzluq xəstəliyi yayılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayonun Paşan kənd sakinləri məlumat verib. Məlumata görə, kənd sakini Ənvər Məmmədova məxsus 3 baş, Süleyman Qazıyevə məxsus 1 baş iribuynuzlu malda quduzluq xəstəliyi aşkarlanıb. Sakinlər sözü gedən şəxslərə məxsus heyvanlarda quduzluq xəstəliyinin əlamətlərinin (ağızdan selikli suyun kəsilmədən ifraz olunması, gözlərin bərəlməsi və s.) olduğunu bildiriblər. Ə. Məmmədova məxsus 1 baş iribuynuzlu malın isə dörd gün əvvəl quduzluq xəstəliyindən öldüyü açıqlanıb. Məlumata görə, bu ayın əvvəlində kəndə daha bir iribuynuzlu mal quduzluq xəstəliyindən ölüb. Sakinlər kənddə mal-qara arasında quduzluq xəstəliyinin peyda olmasının səbəbini kəndə yaxın meşə zolaqlarında yırtıcı heyvanların( canavar və çaqqal) həddən artıq çox olması ilə əlaqələndiriblər.
Zaqatala Baytarlıq İdarəsinin rəisi Cabrayıl Aslanov APA-ya açıqlamasında rayonun Paşan kəndindəki iribuynuzlu mal-qarada quduzluq xəstəliyi əlamətlərinin olması haqqında yenicə məlumat aldığını bildirib. C. Aslanov məsələ ilə əlaqədar müvafiq orqanlara xəbər veriləcəyini, quduzluq xəstəliyinin əlamətləri olan şübhəli heyvanların tam nəzarətə götürüldüyünü və ölmüş heyvanın təlimata uyğun basdırıldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR