Bank Of Baku

BMT-nin baş katibi iqlim dəyişikliyi ilə bağlı həyəcan təbili çalıb

BMT-nin baş katibi iqlim dəyişikliyi ilə bağlı həyəcan təbili çalıb
# 28 avqust 2009 15:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun beynəlxalq ictimaiyyəti Ümumdünya İqlim Həftəsinə (21-25 sentyabr) diqqət yetirməyə və iqlim dəyişkənliyi mövzusunda ədalətli, balanslaşdırılmış və effektiv razılaşmaya imza atmağa çağırıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, baş katib “zaman daralır”, deyə həyəcan təbili çalıb: “Alimlər xəbərdarlıq edirlər ki, iqlimin mənfi təsirləri getdikcə artır. Buna görə də planetin, insanların qorunması və XXI əsrdə iqtisadiyyatın güclənməsinə təkan verəcək yaşıllaşdırma prosesinin sürətləndirilməsi üçün yüksək səviyyədə siyasi öndərliyə indi əvvəlkindən daha çox ehtiyac duyuruq”.

Qeyd edək ki, P. G. Mun sentyabrın 1-də buzlaqların əriməsi və digər iqlim dəyişikliklərinin təsirlərinə şahid olmaq üçün Şimal qütbünün yaxınlığında, Qütb Dairəsinin içində yerləşən Norveç adasını ziyarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR