Bank Of Baku

Azərbaycanın Ucar rayonunda tut ağacı ikinci dəfə bar verib

Azərbaycanın Ucar rayonunda tut ağacı ikinci dəfə bar verib
# 01 sentyabr 2009 13:57 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Azərbaycanın Ucar rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. APA-nın Aran bürosunun xəbərinə görə, rayonun Lək kəndində tut ağacı ikinci dəfə bar gətirib. Lək kənd sakini, 1927-ci il təvəllüdlü Hüseynov Saabqulu Abbas oğlunun həyətyanı sahəsinə olan 60-a yaxın tut ağacından yalnız biri ikinci dəfə bar verib. Havaların isti keçməsi ilə bağlı ağacın meyvələrinin çox hissəsi artıq yetişib. S. Hüseynov APA-nın əməkdaşına həyətdə olan digər tut ağacları ilə həmin ağacın becərilməsində fərq olmadığını deyib. Onun sözlərinə görə, indiki meyvələrin əvvəlkilərlə müqayisədə də heç fərqi yoxdur. S. Hüseynov bu vaxta kimi belə bir hadisənin şahidi olmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR