Bank Of Baku

Göyçay, Ucar, Kürdəmir və Zərdabda keçirilən “Təmiz hava” aylığında sürücülər cərimələnib

Göyçay, Ucar, Kürdəmir və Zərdabda keçirilən “Təmiz hava” aylığında sürücülər cərimələnib
# 01 sentyabr 2009 14:16 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Azərbaycanın Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında keçirilən “Təmiz hava” aylığında avtonəqliyyat vasitələrinin sürücüləri cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göyçay rayonundakı 6 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, avtonəqliyyat vasitələri tərəfindən havanın çirklənməsinə nəzarətin gücləndirilməsi, sürücülər arasında təbliğat işinin aparılması məqsədi ilə keçirilən “Təmiz hava” aylığı başa çatıb. Avqustun 1-dən 31-dək ekoloqların və yol polisi əməkdaşlarının birgə keçirdiyi reydlər zamanı 4 rayonda 217 avtomobil yoxlanılıb. Həmin avtonəqliyyat vasitələrindən 106-nın, yəni 55 faizinin texniki cəhətdən nasaz olduğu aşkar edilib, onların atmosferə vurduğu zərər müəyyən olunub və yol polisi əməkdaşları sürücülər haqqında inzibati cəza tədbirinin görülməsi üçün protokollar tərtib ediblər.
Reydlər zamanı sürücülərə məlumat verilib ki, ətraf mühitin çirklənməsində avtomobil nəqliyyatının payı 40-60 faiz təşkil edir. Ona görə də sürücülər idarə etdikləri avtomobilləri texniki cəhətdən saz vəziyyətdə saxlasalar, hava elə də çox çirklənməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR