Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 1976 akt və protokol tərtib edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 1976 akt və protokol tərtib edib
# 02 sentyabr 2009 08:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən 7 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1976 akt və protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 631 icrası məcburi olan göstərişlər verilib. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 484 iş üzrə 834900 manat məbləğində cərimə tətbiq edilib, ondan 158526,18 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 456 iş üzrə 822991,64 manat məbləğində iddia qaldırılıb, ondan 37570 manatın ödənilməsi təmin olunub. İdarə və müəssisələrə 2152 iş üzrə 584611,77 manat məbləğində ödəmə tətbiq edilib, ondan 277253,18 manatın ödənilməsi təmin edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 71 işdən 36-na, məhkəmələrə göndərilmiş 125 işdən 32-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 313 işdən 40-na baxılaraq müvafiq tədbirlər görülüb, 1 obyektin fəaliyyəti dayandırılıb.
Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 212 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 101 icrası məcburi olan göstərişlər verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 58 iş üzrə 117430 manat məbləğində cərimə tətbiq edilib, ondan 15983,72 manat ödənilib.
Atmosfer havasının mühafizəsi üzrə 435 akt və protokol tərtib olunub, 233 icrası məcburi olan göstərişlər verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 70 iş üzrə 184470 manat məbləğində cərimə tətbiq edilib, ondan 52169 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 32 iş üzrə 15147,3 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR