Bank Of Baku

Bu ay Rusiyada 179 min nəfər işini itirə bilər

Bu ay Rusiyada 179 min nəfər işini itirə bilər
# 02 sentyabr 2009 09:18 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ay Rusiyada 179 min nəfər işini itirə bilər. “APA-Economics”in məlumatına görə, bu proqnozla Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası çıxış edib.
Təşkilatın araşdırmasının nəticələrinə görə, bu ilin iyul-avqust aylarında maliyyə-iqtisadi çətinliklər yaşayan müəssisələrin sayı 1% artaraq 6290-a çatıb. Onların ¾-ü (74,9%-i) əməyin dəyərinin ödənilməsi sahəsində ciddi problemlərlə üzləşiblər.
“HeadHunter” şirkətinin avqust ayı ərzində apardığı sorğudan isə məlum olur ki, rəyi soruşulan müəssisələrin 66%-i payız aylarında işçilərin nə sayını, nə də maaşını azaltmaq fikrində deyil. 18% müəssisələr əmək haqlarını aşağı salmaqla bağlı yekun qərara gəlməyib, 8% isə bəzi işçiləri ilə vidalaşmaq zorunda qalacağını bəyan edib.
Müəssisələrin yalnız 2%-i maaşları aşağı salmaq niyyətində, daha 2%-i isə əməkdaşlarını məcburi məzuniyyətə göndərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR