Bank Of Baku

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinə məktub göndərib

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinə məktub göndərib
# 02 sentyabr 2009 11:01 (UTC +04:00)
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Sektor müdiri deyib ki, bu məktuba əsasən, ziyarətə getmək istəyən şəxslər mütləq mövsümi qripə qarşı peyvənd olunmalıdırlar: “Əks halda onlar ziyarətə buraxılmayacaq. Lakin hələlik nazirliyə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müraciət daxil olmayıb”.
Onun sözlərinə görə, Azərbaycanda mövsümü xəstəliklərlə bağlı vəziyyət təhlükəli deyil: “Hər mövsümü xəstəliyin müəyyən həddi olur. Buna epidemioloji hədd deyilir. Biz Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə respirator infeksiyalarla xəstələnmənin monitorinqini aparırıq. Monitorinqin nəticələri bu tip xəstəliklərlə xəstələnmənin aşağı səviyyədə olduğunu göstərir”.
Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov isə APA-ya bildirib ki, indiyədək stansiyada 795 qızdırmalı xəstə üzərində laborator müayinələr aparılıb. Bu müayinələrdən yalnız 2-si müsbət nəticələnib. Ş. Qurbanovun sözlərinə görə, ölkədə virusun yayılmaması və qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlər davam etdirilir. Viruslu xəstələr üçün nəzərdə tutulan bokslar, süni nəfəs aparatları, dərman preparatları tam hazır vəziyyətdədir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına əsasən, dünyanın 170-dən artıq ölkəsində 209438-dən artıq AH1N1 virusuna yoluxma halı baş verib. Virusdan ölüm hallarının sayı isə 2185 təşkil edib. Ekspertlər mövsümi qriplərin yayıldığı payız aylarında “donuz qripi”nin yeni dalğasının yayılacağı ilə bağlı xəbərdarlıq edirlər. ÜST-ün proqram koordinatoru Elxan Qasımov APA-ya bildirib ki, təmsil etdiyi qurum virusun gözlənilən yeni dalğası ilə bağlı Azərbaycan hökumətinə yardım etməyi düşünmür. Çünki ÜST Azərbaycana 10 min insanın müalicəsi üçün lazım olan dərman preparatları verib. Digər tərəfdən Azərbaycan tərəfdən də əlavə preparatların alınması ilə bağlı müraciət olunmayıb. E. Qasımov ÜST-ün müvafiq tövsiyələrinə Azərbaycan tərəfdən əməl olunduğunu da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR