Bank Of Baku

Azərbaycanda Avropa Şurasının dəstəyi ilə “Gənclər işinin reallığı” mövzusunda beynəlxalq tədbir keçirəcək

Azərbaycanda Avropa Şurasının dəstəyi ilə “Gənclər işinin reallığı” mövzusunda beynəlxalq tədbir keçirəcək
# 02 sentyabr 2009 11:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs Mərkəzi” Avropa Şurasının dəstəyi ilə oktyabrın 19-dan 25-dək “Gənclər işinin reallığı ” mövzusunda beynəlxalq tədbir keçirəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı və Gəncə şəhərlərində keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanışlıq, müxtəlif mövzular ətrafında fikir mübadiləsinin aparılması və “Youth in action” proqramının gələcək layihələrinin geniş şəkildə müzakirəsidir. Tədbirdə Avropa Birliyinə üzv ölkələrin Milli Şuralarının rəsmiləri, həmçinin Türkiyənin gənclər təşkilatlarının nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR