Bank Of Baku

BMT-nin departamenti “Dünyanın İqtisadi və Sosial vəziyyəti, 2009: Planetin Mühafizəsi” adlı hesabat dərc etdirib

BMT-nin departamenti “Dünyanın İqtisadi və Sosial vəziyyəti, 2009: Planetin Mühafizəsi” adlı hesabat dərc etdirib
# 02 sentyabr 2009 12:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti “Dünyanın İqtisadi və Sosial vəziyyəti, 2009: Planetin Mühafizəsi” adlı hesabat dərc etdirib. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, hesabatda bildirilir ki, iqlim dəyişikliyi probleminin həll olunması yalnız inkişafda olan ölkələrin yüksək iqtisadi artımının təmin edilməsi ilə mümkündür. Bunun üçün həmin ölkələrin enerji ehtiyacları qarşılanmalıdır: “Proqnozlara görə, gələcək onilliklərdə bu ölkələrin enerji ehtiyacı inkişaf etmiş ölkələrin enerji ehtiyaclarından iki dəfə artıq olacaq. Hesabat aşkar edir ki, inkişafda olan ölkələr inkişaf etmiş ölkələrin daha yüngül vəziyyətlərdə qarşılaşdığı problemlərdən daha ağırları ilə üzləşəcəklər. Hazırda qlobal temperaturu təhlükəsiz səviyyədə saxlamaq üçün mübarizə zamana qarşı mübarizədir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Qrupa əsaslanaraq demək olar ki, 2050-ci ilə qədər qlobal tullantılar 50-80 % azaldılmalıdır. Bu isə öz növbəsində hazırkı illik 40 qiqaton (Gt) karbon dioksidin 8-20 qiqatona (Gt) qədər azaldılması deməkdir. 1950-ci ildən bəri sənaye cəhətdən inkişaf etmiş ölkələr dünyada yaranmış istiliyin 2/3 hissəsinə səbəb olub, halbuki bu ölkələrdə yaşayanlar dünya əhalisinin cəmi 15%-ini əhatə edir”.
Hesabata əsasən, dünyanın orta temperaturunun 1°С artması kasıb ölkələrdə təbii artımın 2-3 faiz aşağı düşməsinə səbəb olacaq, bununla belə varlı ölkələrdə bu göstərici dəyişməyəcək. Eyni zamanda hesabatda bildirilir ki, inkişaf etmiş ölkələrdə adam başına düşən tullantı göstəricisi inkişaf etməkdə olan ölkələrdən 6-7 faiz çoxdur.

İnkişaf etmiş ölkələrin əlində onun bütün ehtiyaclarını ödəyəcək qədər enerji ehtiyatı var. İnkişaf etməkdə olan dövlətlər isə çətinliklə özlərini enerji ilə təmin edirlər. Dünyada 1,6 - 2 milyard arası insan elektrik enerjisi əldə edə bilmir. Bu insanları elektrik enerjisi ilə təmin etmək gələcək 20 ildə hər il 25 milyard dollar xərcləməklə mümkün ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR