Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi” pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə müşavirə keçirib

Ümumdünya Səhiyyə Təşkilatı  “donuz qripi” pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə müşavirə keçirib
# 02 sentyabr 2009 15:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin iyun ayında A(H1N1) virusunun törətdiyi qrip pandemiyasının rəsmi elan edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən Danimarkanın Kopenhagen şəhərində pandemiyanın yayılmasının qarşısının alınmasında Cənubi-Şərqi və Şərqi Avropa ölkələrinə köməklik məqsədilə müşavirə keçirilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Səhiyyə Nazirliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Respublika Taun Əleyhinə Stansiyasının və Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nümayəndələrinin də iştirak etdiyi bu müşavirədə ölkələrin pandemiya ilə mübarizə sahəsində hazırlıqlarının artırılması məsələləri müzakirə olunub və müəyyən tövsiyələr verilib. Müşavirədə həmçinin xəstəliyə qarşı əks epidemik tədbirlərin səmərəli şəkildə planlaşdırılması məqsədilə xəstəliyin daha çox qeyd olunduğu ölkələrin təcrübələri, qlobal və regional səviyyədə epidemioloji biliklər, (H1N1)-2009 pandemiyasına aid strateji və texniki tövsiyələr təhlil edilib, pandemiya zamanı xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə peyvəndin edilməsi və məhdudiyyətlərin qoyulması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Müşavirədə qeyd edilib ki, hazırda ÜST-ün nəzarəti altında xəstəliyə qarşı vaksinin hazırlanması üzərində iş aparılır və yaxın aylarda peyvəndin tətbiqi il bağlı tövsiyələr veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR