Bank Of Baku

Gürcüstanda yeni dərs ili sentyabrın 14-də başlayacaq

Gürcüstanda yeni dərs ili sentyabrın 14-də başlayacaq
# 02 sentyabr 2009 15:50 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanda yeni dərs ili sentyabrın 14-dən başlayacaq. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Təhsil və Elm Nazirliyi məlumat yayıb. Məlumata görə, Gürcüstanda fəaliyyət göstərən bütün məktəblər yeni dərs ilinə başlamaq üçün ciddi hazırlaşıb. Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda da yeni dərs ilinə hazırlıq yüksək səviyyədə təşkil edilib. Marneuli Rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov APA-ya açıqlamasında bildirib ki, rayonda 81 məktəb və bir lisey fəaliyyət göstərir: “Yeni tədris ilinin başlanması ilə əlaqədar heç bir problem yoxdur, yalnız bir orta məktəbdə təmir-bərpa işləri ilə bağlı dərslər bir neçə gün gec başlayacaq. Rayondakı məktəblərdə 17946 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 2180 nəfər müəllim məşğul olur. Bu il birinci siniflərə 1600 nəfər şagird qəbul edilib".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR