Bank Of Baku

Azərbaycan prezidenti 700-dək məcburi köçkün ailəsi üçün binaların layihələndirilməsi və tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti 700-dək məcburi köçkün ailəsi üçün binaların layihələndirilməsi və tikintisinə 3 milyon manat ayırıb
# 02 sentyabr 2009 17:16 (UTC +04:00)
Sərəncama əsasən, 700-ə yaxın məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalarının layihələndirilməsi və tikintisi məqsədilə 2009-cu ildə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Prezidentin Ehtiyat Fondundan 3 mln. manat vəsait ayrılacaq. Prezidentin sərəncamı ilə Dövlət Neft Fonduna 2010-cu ilin büdcəsi tərtib olunarkən tikinti işlərinin davam etdirilməsi üçün müvafiq vəsait nəzərdə tutmaq tapşırılıb.

Sərəncamda o da qeyd olunub ki, son illər qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ölkədə məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınıb, 150-dən artıq təhsil, 50-dən artıq səhiyyə, 30-dan artıq rabitə müəssisəsi tikilib istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR