Bank Of Baku

Azərbaycan ərazisində buludlu hava şəraiti gözlənilir

Azərbaycan ərazisində buludlu hava şəraiti gözlənilir
# 03 sentyabr 2009 09:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də hava az buludlu, yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 18-22, gündüz 28-32, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 25-26 dərəcə isti olacaq.

Sentyabrın 5-də havanın az buludlu, yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 29-32 dərəcə isti olacaq.

Sentyabrın 6-da havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 18-21 dərəcə, gündüz 27-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 4-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz, əsasən, yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 10-13 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq. Sentyabrın 5-6-da hava, əsasən, yağmursuz keçəcək, səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 16-21, gündüz 29-34, dağlarda gecə 10-13, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, zəif cənub-şərq küləyinin üstünlüyü, havada rütubətliliyin normadan çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR