Bank Of Baku

BMT-nin baş katibi Şimal qütbündə səfərdədir

BMT-nin baş katibi Şimal qütbündə səfərdədir
# 03 sentyabr 2009 12:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. BMT-nin baş katibi Pan Gi Mun Şimal qütbündə səfərdədir. BMT-nin Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, baş katib açıqlamasında Arktik buzlaqların insanların ümumi təbii ehtiyatı olduğunu deyib: “Biz onları qorumaq naminə əlimizdən gələni etməliyik. Arktika iqlim dəyişmələrini təsirlərini araşdırmaq üçün başlanğıc nöqtəsidir. Arktikada iqlim dəyişmələri dünyanın digər hissələrində olduğundan daha sürətli baş verir. İqlim dəyişmələrinin dünyamızın kövrək hissəsi olan Arktikaya nə dərəcədə təsir etdiyini öz gözlərimlə müşahidə etmək üçün mən bura gəlmişəm. Buzlar sürətlə əriyərək dənizə tökülürlər və bura gələrkən müşahidə etdiyim kimi, bir çox aysberqlər, buzlaqlar suda əriyərək məhv olurlar. Doğrusu bu çox təlaş verici vəziyyətdir”.
Baş katib bütün dünya əhalisini, xüsusən dünya liderlərini Yer kürəsini qorumaq, gələcək nəsillərə dayanıqlı əsaslarda əlverişli ətraf mühit ötürmək üçün dərhal fəaliyyətə keçməyə çağırıb: “Arktikadakı buzlaqları müşahidə edən alimlər mənə bildirdilər ki, bura ən sürətli iqlim dəyişmələrinin getdiyi bölgədir, biz illik olaraq 150 m3 buzlaq itiririk, bu isə ilə 150 milyard tondur. Bu bir dəhşətdir. Biz iqlim dəyişmələri ilə lazımı şəkildə mübarizə arararaq bu vəziyyətin qarşısını almasaq insanlıq ağır fəsadlarla üzləşəcəkdir. 2030-cu ilə qədər dəniz səviyyəsinin 2 metrə qədər qalxacağı gözlənilir və bu da hazırkı vəziyyətin qarşısını almaq üçün əlavə bir səbəbdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR