Bank Of Baku

Azərbaycanda fərdi şəxsi hesabı olan vətəndaşların sayı ilin əvvəlindən 6% artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan vətəndaşların sayı ilin əvvəlindən 6% artıb
# 04 sentyabr 2009 08:53 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 95 387 nəfər sığortaolunana fərdi şəxsi hesab açılıb. Bununla da fərdi şəxsi hesabların ümumi sayı ilin əvvəlindən 6,4% artıb.

Dövlət Sosial Müdafiə Fondundan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramına (2009-2015-ci illər) uyğun olaraq, həyata keçirilən maarifləndirmə işləri və digər tədbirlər nəticəsində bu ilin ötən dövrü ərzində fərdi şəxsi hesabı olan vətəndaşların sayında artım müşahidə olunub. Belə ki, Fondun fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı sentyabrın 1-i vəziyyətinə 1 586 738 nəfərə çatıb. Bunun 866 480 nəfəri kişi, 720 258 nəfəri isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar sayı 441 560 nəfər olmaqla üstünlük təşkil edir. Bundan başqa, 30 yaşa kimi - 376 257 nəfər, 30-40 yaş - 354 580 nəfər, 50-60 yaş - 294 833 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 119 503 nəfərdir.

Xatırladaq ki, 2006-cı il yanvarın 1-dən tətbiq olunan «Əmək pensiyaları haqqında» qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR