Bank Of Baku

“Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər üçün keçirilən treninqlər başa çatıb

“Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər üçün keçirilən treninqlər başa çatıb
# 04 sentyabr 2009 09:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər üçün keçirilən treninqlər başa çatıb. APA-nın məlumatına görə, bu münasibətlə Azərbaycan Müəllimlər İnstitutunda keçirilən tədbirdə treninqləri başa vurmuş müəllimlərə sertifikatlar təqdim olunub. Təhsil naziri Misir Mərdanov bildirib ki, 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Pedaqoji Universiteti və Gəncə Dövlət Universitetində eksperiment olaraq “Təhsilin əsasları” fənni tədris ediləcək: “Cəmiyyətdə belə fikir var ki, ali təhsili başa vuran gənclər bir sıra hallarda müəllim kimi işə başlamağa hazır olmurlar. Ona görə də biz gənclərin məktəb, təhsil siyasəti və təhsil sistemi ilə bağlı bilik və bacarıqlarını artırmağın vacib olduğunu düşünürük. Bundan sonra biz təkcə təhsil alanın deyil, təhsil verənin də biliyini qiymətləndirəcəyik”.

Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin müəllimi Gülşən Novruzova treninqin nəticələrini əks etdirən təqdimatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR