Bank Of Baku

TQDK sədri: “Azərbaycanda mərkəzləşdirilmiş buraxılış imtahanları ilə qəbul imtahanlarının birgə aparılması mümkün deyil”

TQDK sədri: “Azərbaycanda mərkəzləşdirilmiş buraxılış imtahanları ilə qəbul imtahanlarının birgə aparılması mümkün deyil”
# 04 sentyabr 2009 10:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda mərkəzləşdirilmiş buraxılış imtahanları ilə qəbul imtahanlarının birgə aparılması mümkün deyil”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009-2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul kompaniyasının başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, TQDK-nın keçirdiyi qəbul imtahanları seçim imtahanları, Təhsil Nazirliyinin keçirdiyi buraxılış imtahanları isə attestasiya imtahanlarıdır: “Bunlar ayrı-ayrı məqsədləri olan imtahanlardır. Rusiya bu yolla gedib hər iki imtahanı birgə keçirdi. Görün, onların builki imtahanları hansı qalmaqallarla nəticələndi. Buna görə də fikrimcə, vahid imtahanın aparılması mümkün deyil. Mərkəzləşmiş buraxılış imtahanının nəticələri düzgün olsa, onun nəticələri, yəni attestat qiymətləri qəbul qaydalarında nəzərə alına bilər. Amma bu il orta məktəbi bitirən məzunların 54 faizi 0-200 arası nəticə göstərib. Əgər şagird attestat alıbsa və attestasiya imtahanından keçibsə, heç olmasa, 200-ə qədər nəticə göstərməli idi. Lakin aşağı nəticə göstərən abituriyentlərin 73 nəfəri TQDK-ya əla qiymətlərlə olan attestat təqdim etmişdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR