Bank Of Baku

Qəbul imtahanlarında pozuntulara yol verən nəzarətçilərin siyahısı Təhsil Nazirliyinə göndəriləcək

Qəbul imtahanlarında pozuntulara yol verən nəzarətçilərin siyahısı Təhsil Nazirliyinə göndəriləcək
# 04 sentyabr 2009 10:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu ilki nəzarətçi heyəti özünü əvvəlki illərə nisbətən daha professional aparıb: “Onlardan tam razı olduğumu da deyə bilmərəm. Amma 17 il ərzində ilk dəfə bu il müsbət irəliləyişlər nəzərə çarpdı. Bu da ondan irəli gəlir ki, nəzarətçilərlə bağlı seçim qəbul imtahanlarından əvvəl aparılmışdı. Bu ilin aprel-may aylarında sınaq imtahanlarında özlərini yaxşı aparmayan nəzarətçilərin adları bazadan çıxarılmışdı. Ümumilikdə qəbul imtahanında 3000-dən çox nəzarətçi iştirak edib. Onlardan pozuntuya yol verən 2-3 faizinin siyahısı rayon təhsil şöbələrinə və Təhsil Nazirliyinə göndəriləcək. Həmin şəxslər bundan sonra heç vaxt qəbul imtahanlarında iştirak etməyəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR