Bank Of Baku

Aprel-avqust aylarında TQDK-nın keçirdiyi imtahanlardan 400 mindən artıq şəxs iştirak edib

Aprel-avqust aylarında TQDK-nın keçirdiyi imtahanlardan 400 mindən artıq şəxs iştirak edib
# 04 sentyabr 2009 10:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu ilin aprelindən indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 400 000 adamı müxtəlif imtahanlardan keçirib. Əvvəlcə 180 mindən çox gənci əhatə edən sınaq imtahanları keçirilib. Magistraturaya qəbul imtahanlarında, ali məktəblərinin rus bölməsinə sənəd verən abituriyentlər üçün Azərbaycan dili imtahanlarında, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında 170000-dən çox adam iştirak edib”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009-2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul kompaniyasının başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu ilki imtahan prosesində İP texnologiyalarından geniş istifadə edilib: ”200 mindən çox gənc ilk müstəqil addımını internet vasitəsi ilə atıb. Bu da o deməkdir ki, tələbə qəbulu prosesində “Elektron Azərbaycan” Dövlət Proqramının icrası tam təmin olunub”.

Ümumilikdə, bu il qəbul imtahanlarında 107347 abituriyent iştirak edib. Onlardan 97006-ı Azərbaycan, 10341-i rus bölməsi üzrə sənəd verib. Ali məktəblərə isə 28498 şəxs qəbul olunub. 24463 tələbə ali məktəblərin Azərbaycan, 4035 nəfər isə rus bölməsi üzrə qəbul olunub.

TQDK sədrinin sözlərinə görə, sentyabr ayında bu ilki qəbul imtahanlarının elmi-metodiki nəticələri təhlil olunacaq. Oktyabrın 1-dən isə gələn ilin qəbul imtahanları ilə bağlı elmi-metodiki seminarlar başlayacaq. Hazırda TQDK 2010-2011-ci tədris ili üçün qəbul imtahanlarında təqdim edəcəyi beş layihə üzərində işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR