Bank Of Baku

Qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 102 nəfərin adı Prezident təqaüdünə təqdim edilib

Qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 102 nəfərin adı Prezident təqaüdünə təqdim edilib
# 04 sentyabr 2009 10:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 102 nəfərin adı prezident təqaüdünə təqdim edilib. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, sentyabrın 15-dək prezident təqaüdü alacaq tələbələrin adları bəlli olacaq. Ümumilikdə, bu ilki qəbul imtahanlarında 900-dən yuxarı gənc 600 baldan yuxarı bal göstərib: “600 baldan yuxarı nəticə göstərən abituriyentlər 72 regionu təmsil edirlər. Dövlət İdarəçilik Akademiyasına qəbul olunan tələbələrin orta balı 605, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olan tələbələrin orta balı 560 baldan yuxarıdır. Qabiliyyət tələb edən ixtisasları istisna etsək, ali məktəblərə göndərilmiş tələbələrin orta balı 300 baldan yuxarıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR