Bank Of Baku

Yeni dərs ilinə qədər 50-yə qədər yeni orta məktəb istifadəyə veriləcək

Yeni dərs ilinə qədər 50-yə qədər yeni orta məktəb istifadəyə veriləcək
# 04 sentyabr 2009 10:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni dərs ilinə kimi 50-yə qədər yeni tikilmiş orta məktəb istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. O, yeni dərs ilinə hazırlığa ötən dərs ilinin sonundan başlandığını, yeni məktəblərlə bərabər, digər məktəblərin əsaslı təmiri, onlara avadanlıqların verilməsi işinin də davam etdirildiyini və bunların həyata keçirilməsi üçün dövlət büdcəsindən 60 milyon manata yaxın vəsait ayrıldığını bildirib: “Bu il peşə təhsili ilə bağlı 8 fənn üzrə dərslik nəşr olunub. Bütövlükdə peşə təhsili sahəsində çox önəmli addım atmışıq. Bu vaxta qədər Azərbaycanda peşə məktəblərinin şagirdləri üçün bir dənə də dərslik nəşr olunmamışdı. Bundan əlavə, üç məktəbdə pilot olaraq həndəsə və cəbr fənlərini inteqrativ surətdə birləşdirmişik və həmin məktəblərdə bir il müddətində sınaq keçirəcəyik”.

Nazir yeni dərs ilinin sonunda 11-ci siniflərin buraxılış imtahanlarının yenə də mərkəzləşmiş qaydada keçiriləcəyini vurğulayıb: “Bundan əlavə, 9-cu siniflərdə də buraxılış imtahanlarını mərkəzləşmiş qaydada aparacağıq. Burada iki fənn - ana dili və riyaziyyatdan imtahanları test üsulu ilə aparmağı qərara almışıq”.

M. Mərdanov həmçinin rus və ingilis dillərinin tədrisinə xüsusi diqqət yetirildiyini, Bakının 7 məktəbində Britaniya Şurasının (“British Councill”) dəstəyi ilə ingilis dili dərsinin tədris saatlarının iki dəfədən çox artırıldığını söyləyib. Bu ildən 50 məktəbdə rus dilinin intensiv olaraq xarici dil kimi öyrədilməsi layihəsi də həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR