Bank Of Baku

Gələn il bölgələrdə də qəbul imtahanları keçiriləcək

Gələn il bölgələrdə də qəbul imtahanları keçiriləcək
# 04 sentyabr 2009 11:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn il Azərbaycanın bölgələrində də ali məktəblərə qəbul imtahanları keçiriləcək. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələrinin təşkili üçün ilkin tədbirlər həyata keçirilib: “Doqquz illik əsas təhsil bazası üzrə on regionda keçirilən qəbul imtahanlarında TQDK-nın regional bölmələrinin işçiləri iştirak ediblər. Bir ay ərzində TQDK-nın regional bölmələrinin maddi-texniki bazası möhkəmləndiriləcək və onlar binalarla təmin ediləcək. Lakin hələlik TQDK-nın regional bölmələri kadrlarla tam təmin olunmayıb. Hələ ki həmin bölmələrdə işləyənlər TQDK ilə müqavilə əsasında çalışırlar. Mən dövlət qulluğuna növbəti qəbulda regionlarda yaşayan ali təhsilli gəncləri həmin yerləri tutmaq uğrunda müsabiqəyə qatılmağa dəvət edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR