Bank Of Baku

Azad Rəhimov gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinə münasibət bildirib

Azad Rəhimov gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinə münasibət bildirib
# 04 sentyabr 2009 14:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov rəhbərlik etdiyi qurumun 2009-cu ilin 8 ayı ərzində gənclər və idman sahəsində həyata keçirdiyi tədbirlərlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, nazir min nəfərə yaxın gəncin nazirliyin təşkil etdiyi yay düşərgələrində istirahət etdiyini, 150-yə qədər gəncin beynəlxalq tədbirlərdə iştirak etdiyini bildirib. O, 2007-ci ildə elan olunmuş QHT-lər üçün qrant layihəsi müsabiqəsində qalib gəlmiş 23 təşkilata 2009-cu ildə maliyyənin ayrıldığını bildirib. Nazir hazırda onlara 100-ə qədər layihənin daxil olduğunu və hazırda bu layihələrin ictimai şura tərəfindən qiymətləndirilmə prosesində olduğunu qeyd edib: “Bu ilin sonuna kimi bu layihələrin bir hissəsini maliyyələşdirəcəyik”. A. Rəhimov Avropa Şurasının Bakıda Yay Məktəbi təşkil etdiyini, işsizliyin aradan qaldırılması üçün İqtisad Universiteti ilə birgə Karyera Mərkəzinin öz işini davam etdirdiyini və bu vaxta qədər 1300-ə qədər gəncin özünə iş tapdığını bildirib.

A. Rəhimov ilin sonuna kimi tələbə gənclərin ilk toplantısının keçiriləcəyini bildirib. Nazir həmçinin Azərbaycanda fizika, kimya və biologiya üzrə olimpiadanın keçiriləcəyini, burada 37 dövlətin iştirakının artıq təsdiq olunduğunu qeyd edib. Bundan əlavə MDB gənclər ili çərçivəsində bir sıra tədbirlər planlaşdırılır. O həmçinin Kuba, Misir və Küveytlə yaxın vaxtlarda gənclər və idman sahəsində əməkdaşlıq müqaviləsinin imzalanacağını da qeyd edib.

Nazir gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı sualı da cavablandırıb. O, Emin Milli ilə tanış olduğunu qeyd edib: “Emin fikrini tez-tez dəyişən bir gəncdir. Buna görə də inanıram ki, kafedə o gənclər arasında dava ola bilər. Amma bu davanı kim başlayıb, günah kimdə olub, bunu məhkəmə aydınlaşdıracaq. İnanıram ki, məhkəmə ədalətli olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR