Bank Of Baku

2015-ci ilə qədər xarici ölkələrə oxumağa göndərilən azərbaycanlı gənclərin sayı 5000 nəfərə çatdırılacaq

2015-ci ilə qədər xarici ölkələrə oxumağa göndərilən azərbaycanlı gənclərin sayı 5000 nəfərə çatdırılacaq
# 05 sentyabr 2009 11:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda 5000-dən çox azərbaycanlı gənc xarici ölkələrdəki təhsil müəssisələrində təhsil alır. Onların 832 nəfəri ayrı-ayrı ölkələrdəki tərəfdaş təşkilatlarla Təhsil Nazirliyinin imzaladığı sazişlər əsasında təhsil alırlar”. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib: “2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı Dövlət Proqramına əsasən, 2007-ci ildə 74 nəfər, 2008-ci ildə 120 nəfər, bu il isə 304 nəfər dünyanın nüfuzlu ali məktəblərinə göndərilib. Hədəf 2015-ci ilə qədər xarici ölkələrdə oxuyan tələbələrinin sayının 5 min nəfərə çatdırılmasıdır. Artıq prezident fərmanı ilə xaricdə təhsil alan 43 azərbaycanlı gənc ölkəyə qayıdıb”. M. Mərdanovun sözlərinə görə, hazırda Azərbaycanda 7111 nəfər xarici ölkə vətəndaşı təhsil alır. Gələn il onların sayının 8000 nəfərə çatdırılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR