Bank Of Baku

Naxçıvanda təhsil yarmarkası keçirilib

Naxçıvanda təhsil yarmarkası keçirilib
# 07 sentyabr 2009 07:01 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvan Muxtar Respublikasında (MR) təhsil yarmarkası keçirilib. Naxçıvan MR Təhsil Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən yarmarkada bölgə üzrə ümumilikdə 14 Azərbaycan dili və ədəbiyyat, 51 xarici dil, 17 riyaziyyat, 28 informatika, 10 tarix, 26 coğrafiya, 19 fizika, 20 kimya, 17 biologiya, 18 ibtidai sinif müəlliminə ehtiyac olub.
Təhsil yarmarkasında 126 məzun bölgənin müxtəlif təhsil ocaqlarında işləmək üçün göndəriş alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR