Bank Of Baku

Gəncə Dövlət Universitetində beynəlxalq pedaqoji əməkdaşlıqla bağlı konfrans keçirilib

Gəncə Dövlət Universitetində beynəlxalq pedaqoji əməkdaşlıqla bağlı konfrans keçirilib
# 07 sentyabr 2009 11:02 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Avropa İttifaqının “Erasmus Mundus” proqramı çərçivəsində əməkdaşlıq edən Avropa və MDB universitetlərinin müəllimləri Gəncə Dövlət Universitetində (GDU) konfrans keçiriblər. APA-nın qərb bürosunun məlumatına görə, konfransa proqramın rəhbəri, Yunanıstandan olan professor Tanya Kapiki, o cümlədən Hollandiya, Bolqarıstan, Fransa, İtaliya, Litva, Latviya, Ukrayna və Gürcüstandan olan nümayəndələr qatılıb. GDU-nun rektoru Elman Məmmədov APA-ya bildirib ki, onun rəhbərlik etdiyi təhsil ocağı 2007-ci ildən başlayaraq Azərbaycandan 3 universitetdən biri olaraq sözügedən proqram çərçıvəsində “Tələbə və müəllimlərin mübadiləsi” layihəsini gerçəkləşdirir.
Konfransda layihədə iştirak edən azərbaycanlı tələbə, magistr və müəllimlər də iştirak ediblər. Layihənin rəhbəri T. Kapiki azərbaycanlı tələbələrin hazırlıq səviyyəsindən məmnun qaldığını bildirib. E. Məmmədov isə layihədə iştirak edən azərbaycanlı tələbələrin intellektual inkişafında professor T. Kapikinin xüsusi rolunu qeyd edib və onu GDU-nun xatirə medalı ilə təltif edib. Sonda qonaqlara üzərində Nizami Gəncəvinin portreti olan xalçalar və digər rəmzi hədiyyələr verilib.
Qeyd edək ki, “Erasmus Mundus” proqramı iştirakçılarının görüşlərinin davamı 9-13 sentyabrda Bakıda Azərbaycan Dövlət Filarmoniyasında, Xəzər Universitetində və Azərbaycan Turizm Universitetində olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR