Bank Of Baku

Azərbaycan ərazisində yağış gözlənilir

Azərbaycan ərazisində yağış gözlənilir
# 07 sentyabr 2009 11:34 (UTC +04:00)
Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 26-29 dərəcə isti olacaq. Sentyabrın 9-da hava dəyişkən buludlu, yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19 dərəcə, gündüz 27-29 dərəcə isti olacaq. Sentyabrın 10-da havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-19, gündüz 27-30 dərəcə olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 26-31 dərəcə isti olacaq.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın Kəlbəcər,
Daşkəsən-Gədəbəy zonalarında hava, əsasən, yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında havanın, əsasən, yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq.

Balakən-Zaqatala-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Dəvəçi, Quba-Qusar-Xaçmaz zonalarında hava, əsasən, yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Mərkəzi-Aran - Ağdaş, Mingəçevir, Yevlax, Bərdə, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Hava sentyabrın 9-da gündüz, sentyabrın 10-da, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik-Yardımlı zonasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Hava sentyabrın 9-da gündüz, sentyabrın 10-da əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Gecə 18-21, gündüz 26-30, dağlarda gecə 9-13, gündüz 20-25 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR