Bank Of Baku

Bakıda Avrasiya Universitetlərinin Həmkarlar İttifaqları Assosiasiyasının XXII qurultayının açılış mərasimi keçirilib

Bakıda Avrasiya Universitetlərinin Həmkarlar İttifaqları Assosiasiyasının XXII qurultayının açılış mərasimi keçirilib
# 07 sentyabr 2009 11:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakı Dövlət Universitetində Avrasiya Universitetlərinin Həmkarlar İttifaqları Assosiasiyasının XXII qurultayının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, qurultayın Bakı Dövlət Universitetində keçirilməsi bu təhsil ocağının 90 illik yubileyi ilə bağlıdır. Açılış mərasimində assosiasiyanın prezidenti İqor Kotlobski, BDU rektoru Abel Məhərrəmov, Taras Şevçenko adına Kiyev Milli Universitetinin həmkarlar ittifaqının sədri Vladimir Tsvıx da iştirak ediblər. Qurultaya Ukrayna, Belarus və Qazaxıstanda nümayəndə heyətləri qatılıb. Qonaqları salamlayan rektor Abel Məhərrəmov bu assosiasiyanı MDB məkanında effektiv
əməkdaşlıq həyata keçirən ən böyük təşkilat kimi səciyyələndirib: “Bu, siyasi olmayan, öz sıralarında MDB məkanının 60-dan çox universitetinin bir araya gətirən bir təşkilatdır. Təhsil sahəsində regional inteqrasiya çox mühümdür”.

Assosiasiyanın prezidenti İqor Kotlobski çıxışında işçilərin vətəndaş hüquqlarının qorunması istiqamətində səyləri birləşdirməyin, universitetlər arasında təcrübə mübadiləsinin, müxtəlif elmi-praktiki konfransların keçirilməsinin vacibliyini vurğulayıb.

Qurultayın açılış mərasimində BDU rektoru Abel Məhərrəmov xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində oynadığı rola görə Rusiya həmkarlar ittifaqının 100 illiyinə həsr olunmuş medalla təltif olunub. Bundan başqa assosiasiyanın adından Bakı Dövlət Universitetinin 90 illiyi münasibətilə rektora xüsusi hədiyyə təqdim edilib.

Qurultay çərçivəsində Bakı Dövlət Universiteti və Moskva Dövlət Universitetinin həmkarlar təşkilatları arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu saziş iki universitet arasında nümayəndə heyətlərinin, yaradıcı kollektivlər və idman komandalarının qarşılıqlı səfərlərinin təşkilini nəzərdə tutur. Qurultay çərçivəsində həmçinin Bakı Dövlət Universiteti ilə Kiyev DÖvlət Universiteti arasında da analoji sənədin imzalanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR