Bank Of Baku

Səbayel rayon İcra Hakimiyyətində təhsil müşavirəsi keçirilib

Səbayel rayon İcra Hakimiyyətində təhsil müşavirəsi keçirilib
# 07 sentyabr 2009 11:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün Səbayel rayon İcra Hakimiyyətində 2008-2009-cu tədris ilinin yekunları, rayon məktəblərinin yeni tədris ilinə hazırlığı və tədris müəssisələrinin pedaqoji kollektivləri qarşısında duran vəzifələrə həsr olunan iclas keçirilib. APA-nın xəbərinə görə, müşavirədə Səbayel rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edib. O, rayonun təhsil müəssisələrində qazanılan uğurlar və görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, hazırda rayonda 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Müşavirədə bu il rayonun orta məktəblərini 1562 nəfərin bitirdiyi, onlardan 1396 nəfərinin ali məktəblərə qəbul olunmaq üçün sənəd verdiyi, 852 nəfərin tələbə adını qazandığı diqqətə çatdırılıb. Ali məktəblərə qəbul olunan abituriyentlərdən 176 nəfəri 500-dən çox, 33 nəfəri 600-dən çox, onlardan 5 nəfəri isə 650-dən çox bal toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR