Bank Of Baku

Milli Məclisin komitə sədri: “Təhsil haqqında” yeni qanunun qüvvəyə minməsi neqativ halları aradan qaldıracaq”

Milli Məclisin komitə sədri: “Təhsil haqqında” yeni qanunun qüvvəyə minməsi neqativ halları aradan qaldıracaq”
# 07 sentyabr 2009 14:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Artıq bir neçə gündən sonra başlayacaq tədris ilində yeni qəbul olunan “Təhsil haqqında” qanun tətbiq olunacaq. Yeni qanunun qüvvəyə minməsi indiyə kimi mövcud olan neqativ halları aradan qaldıracaq. Demək olar ki, Azərbaycan təhsili yenilənəcək və müasirləşəcək”. Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Təhsil haqqında” qanunun qüvvəyə minməsi ilə bağlı APA-ya verdiyi açıqlamasında deyib. Komitə sədri bildirib ki, “Təhsil haqqında” qanunun qüvvəyə minməsindən sonra təhsil müəssisələrinin qanundan kənar hərəkətləri mümkün olmayacaq. Onun sözlərinə görə, təhsil sahəsində baş verən bütün proseslər qanun müstəvisində həll ediləcək.

Ş. Hacıyev Milli Məclisin payız sessiyasında “Ali təhsil haqqında” və “Elm siyasəti haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəyə çıxarılacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR