Bank Of Baku

Viktor Tatarenko Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının rektoru təyin olunub

Viktor Tatarenko Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının rektoru təyin olunub
# 07 sentyabr 2009 15:48 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Azərbaycandakı rus icmasının Rusiyadakı nümayəndəsi, professor Viktor Tatarenko Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının rektoru təyin olunub. APA-nın Moskvadakı müxbirinin məlumatına görə, 1943-cü il təvəllüdlü Viktor Tatarenko Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan oğulları” seriyasından bir neçə kitabın müəllifidir. Bu seriyaya müəllifin Dağlıq Qarabağ müharibəsinə həsr olunmuş trilogiyası da daxildir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialı 2005-ci ilin aprelindən Odintsovo şəhərində fəaliyyət göstərir. Ali məktəbdə “vergi işinin təşkili və idarə olunması”, “maliyyə və kredit”, “xarici dillər”, “hüquqşünaslıq”, “riyaziyyat və informatika” fənləri üzrə mütəxəssislər hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR