Bank Of Baku

Bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib

Bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilib
# 08 sentyabr 2009 07:07 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparıblar. Qeyd olunub ki, Qafqaz Konserv Zavodunda formalaşan məişət tullantı sularının təmizlənməsi üçün təmizləyici qurğunun quraşdırılmaması səbəbindən təmizlənməmiş və zərərsizləşdirilməmiş bütün nov tullantı suları müəssisənin yaxınlığından keçən kanal vasitəsilə Qudyalçaya axıdıldığı müəyyən olunub. Bu faktla əlaqədar müəssisənin direktoru barəsində akt tərtib edilib, çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərinə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.
Xaçmaz rayonunun Nabran Xəzər sahili zolağında yerləşən “Geofizik” İstirahət Mərkəzində formalaşan məişət çirkab sularının bir qismi müqavilə əsasında Xudat şəhərində yerləşən “Dostluq” MMC-yə təhvil verilsə də, digər bir qisminin təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı aşkar olunub. Faktla əlaqədar cavabdeh şəxs 10 000 manat məbləğində cərimə olunub və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərinə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.
“Dostluq” MMC-nin məişət tullantı sularının təmizlənməsi üçün təmizləyici qurğusu olmadığından digər istirahət mərkəzlərindən müqavilə əsasında qəbul olunan məişət çirkab sularının təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı aşkar edilib. Qeyd olunanlarla əlaqədar “Dostluq” MMC hüquqi şəxs qismində 10 000 manat məbləğində cərimə olunub və aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərinə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR