Bank Of Baku

“Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi” adlı müştərək layihənin maliyyələşdirilməsi haqda müqavilə imzalanacaq

“Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi” adlı müştərək layihənin maliyyələşdirilməsi haqda müqavilə imzalanacaq
# 08 sentyabr 2009 07:10 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT İnkişaf Proqramı “Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi” adlı müştərək layihənin maliyyələşdirilməsi haqda müqavilə imzalayacaq. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin əsas məqsədi QHT sektorunun davamlı inkişafının təmin edilməsi üçün regionlarda fəaliyyət göstərən QHT-lərin rəhbərlik, layihə idarəetməsi və mühasibat uçotunun aparılması sahəsində təcrübəsinin təkmilləşdirilməsi, onlara konsultativ və təlimlər üzrə yardımların göstərilməsidir.
Qeyd edək ki, müqavilənin təntənəli imzalanma mərasimi sentyabrın 10-da baş
tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR