Bank Of Baku

Dövlət qurumları “Təhsil haqqında” qanunun icrası ilə bağlı tədbirlər planı hazırlayacaq

Dövlət qurumları “Təhsil haqqında” qanunun icrası ilə bağlı tədbirlər planı hazırlayacaq
# 08 sentyabr 2009 10:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ““Təhsil haqqında” qanunun icrası ilə bağlı ölkə prezidentinin fərmanı var. Qanunda elə səlahiyyətlər var ki, prezidentin özünə aiddir, elə səlahiyyətlər var ki, Nazirlər Kabinetinə verilib. Bunların içində Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərinə aid məsələlər də var”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, qanunun icrasına dair müvafiq qurumlar geniş şərh verəcəklər: “Hökumətə tapşırılıb ki, prezidentin sərəncamından irəli gələn məsələləri araşdırsın və qısa müddət ərzində prezidentə məlumat hazırlasın. Təhsil qanunu uzun müddətdən sonra qəbul olunmuş vacib qanundur. Hər bir qurum verilmiş səlahiyyətlər əsasında onun icrası ilə bağlı tədbirlər planı hazırlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR