Bank Of Baku

Misir Mərdanov “Təhsil haqqında” qanunla bağlı anlaşılmazlıqlara aydınlıq gətirib

Misir Mərdanov “Təhsil haqqında” qanunla bağlı anlaşılmazlıqlara aydınlıq gətirib
# 08 sentyabr 2009 10:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov “Təhsil haqqında” qanunda əksini tapan 5 yaşlı uşaqların bağçaya getməsi və aspirantura məsələsi ilə bağlı yaranmış anlaşılmazlıqlara aydınlıq gətirib. APA-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, qanunda 5 yaşlıların bağçadan məktəbə getməsinin icbari deyil, zəruri olduğu göstərilib: “Bu, o deməkdir ki, 5 yaşlılar bağçadan məktəbə getsələr yaxşıdır. Açığımı deyim ki, biz hələ buna hazır deyilik. Təhsil Nazirliyinin o qədər uşağı yerləşdirəcək bağçası yoxdur”.

M. Mərdanov qeyd edib ki, artıq aspirantura doktoranturanın birinci pilləsi hesab olunacaq: “Burada heç bir problem yoxdur. Doktorantura iki pillədən ibarət olacaq. Birinci pillə bizim indiki aspiranturaya, ikinci pillə isə indiki doktoranturaya uyğundur”.

Nazirin sözlərinə görə, qanunda orta məktəblərdə oxuyan şagirdlərin məcburi tibbi yoxlamalardan keçirilməsi də nəzərdə tutulub: “Bu ildən bu şərt orta məktəblərdə təmin olunacaq. Tibbi yoxlamalar dövlətin hesabına, pulsuz həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR