Bank Of Baku

Gəncədə yeni tədris ilinin başlanmasına həsr edilmiş konfrans keçirilib

Gəncədə yeni tədris ilinin başlanmasına həsr edilmiş konfrans keçirilib
# 08 sentyabr 2009 11:03 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Bu gün Gəncədə təhsil işçilərinin 2009-2010-cu dərs ilinin başlanmasına həsr edilmiş konfransı keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, konfransda təhsil nazirinin müavini Elmar Qasımov, Gəncə şəhər icra başçısının müavini Akif Ələkbərov, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev, şəhərdə fəaliyyət göstərən ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. M. Əliyev isə Gəncə təhsil sisteminin uğurları və qüsurları barədə geniş hesabat məruzəsi edib. Onun sözlərinə görə, Gəncədə məktəbəqədər tərbiyə müəssisələrinin və orta ümumtəhsil məktəblərinin son 4-5 ilə aid göstəriciləri azalan xətlə gedir. Məktəbəqədər tərbiyə müəssisələrinə cəlb edilən uşaqların sayı 2005-2006-cı dərs illərində 4925, 2006-2007-ci dərs ilində 4765, 2007-2008-ci dərs ilində 4685, 2008-2009-cu dərs ilində isə 4190 nəfər təşkil edib. Orta məktəblərdə isə analoji göstəricilər 47497, 46633, 44823, 43635, 41548 nəfərdir. Ümumiyyətlə, son 5 ildə Gəncə məktəblərində şagirdlərin sayı 5948 nəfər azalıb və bununla əlaqədar 223 sinif ləğv edilib. Ötən dərs ilinin yekunlarına gəlincə, M.Əliyev bu sahədə də ötən illərlə müqayisədə geriləmələrin olduğunu qeyd edib. O, orta məktəblərdə keçirilən sınaq imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının göstəriciləri arasındakı kəskin fərqə də aydınlıq gətirib. Belə ki, Gəncə məktəblərində buraxılış imtahanına buraxılan 3039 nəfərdən 2581 nəfəri, yəni 85 faizi attestat alıb. Onlardan ali məktəblərə sənəd verənlərin sayı 2408 nəfər, imtahanda iştirak edənlərin sayı 2186 nəfər, qəbul olunanların sayı isə 683 nəfər, yəni 31,2 faiz olub. Gəncənin yalnız 3 məktəbində buraxılış imtahanlarının göstəriciləri ilə ali məktəblərə qəbul olunanların sayı nisbətən uyğundur. Bunlar, 22 saylı (66 %), 3 saylı (65 %), 37 saylı (63 %) məktəblərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR