Bank Of Baku

Bakı şəhər təhsil işçilərinin konfransı keçirilib

Bakı şəhər təhsil işçilərinin konfransı keçirilib
# 08 sentyabr 2009 11:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Bakı şəhər təhsil işçilərinin konfransı keçirilib. APA-nın məlumatına görə, konfransın açılışda çıxış edən Bakı şəhəri üzrə təhsil idarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva bildirib ki, hazırda BŞTİ-nin tabeçiliyində 326 ümumtəhsil məktəbi, 302 məktəbəqədər və 48 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. İdarə müdirinin sözlərinə görə, BŞTİ-nin fəaliyyət göstərdiyi 3 il ərzində ümumtəhsil müəssisələrinə işə qəbul edilən müəllimlərin sayı əvvəlki bir ildə işə qəbul olunanların sayına bərabərdir: “Hazırda 6 saat dərs yükü ilə işləyən müəllimlərin sayı 1330 nəfərdir. Bakı məktəblərində 990 nəfər ibtidai sinif müəllimi yığma saatlar hesabına işləyir. Şəhərin mərkəzindəki təhsil müəssisələrində 6 saat və daha aşağı dərs yükü ilə işləyən müəllimlər olduğu halda, Qaradağ, Sabunçu və Əzizbəyov rayonlarında müəllimlər çatmır. Bu problemi həll etmək üçün 3 il ərzində 128 müəllim zəruri ehtiyac olunan məktəblərə köçürülüb. İşlərində nöqsanlara yol verən 38 müəssisə rəhbəri haqqında ciddi intizam tənbehi tətbiq edilib”.

N. Rzaquliyeva xatırladıb ki, hazırda Bakı məktəblərində 4247 müəllim, yəni bütün müəllimlərin 13 faizi təqaüd yaşlıdır. Uşaq bağçalarında isə yaşı 57-65 arasında olan müəllimlərin sayı 346, 65-dən yuxarı yaşı olanların sayı isə 89 nəfərdir. İdarə rəhbəri Bakı məktəblərinin məzunlarının tələbə qəbulu prosesində xüsusi çəkisinin artdığını bildirib: “Builki məzunların 42,17 faizi tələbə adını qazanıb. Məzunlarımızın orta balı respublika üzrə orta bal göstəricisindən 25 bal yuxarıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR