Bank Of Baku

Hazırda Bakı şəhərində uşaqların 75 faizi birinci sinfə məktəbə hazırlıq qruplarından getmir

Hazırda Bakı şəhərində uşaqların 75 faizi birinci sinfə məktəbə hazırlıq qruplarından getmir
# 08 sentyabr 2009 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda Bakı şəhərində uşaqların 75 faizi birinci sinfə məktəbə hazırlıq qruplarından getmir. 302 uşaq bağçasında mövcud olan qrup otaqlarının 1009-dan təyinatı üzrə istifadə olunmur”. APA-nın məlumatına görə, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib. Onun sözlərinə görə, bağçaların qrup otaqlarının 38-i təmirsizdir, 700-də qaçqın və məcburi köçkünlər məskunlaşıb, 271 qrup otağında isə müxtəlif məktəbdənkənar təhsil müəssisələri, bəzi halda isə təhsilə aidiyyəti olmayan təşkilatlar yerləşib: “Uşaq bağçaları tam gücü ilə işləsə belə, biz Bakı şəhərində yalnız 52 min uşağı məktəbdənkənar təhsilə cəlb edə bilərik. Bu da bütün bağça yaşlı uşaqların 50 faizi deməkdir”.
Qeyd edək ki, hazırda Başı şəhəri üzrə 302 məktəbdənkənar təhsil müəssisəsi 1393 qrupla fəaliyyət göstərir. Bu müəssisələrdə 30510 uşaq təlim alır. Bu il uşaq bağçalarından 7680 uşaq ümumtəhsil məktəblərinə yola salınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR