Bank Of Baku

2010-2011-ci illərdə GUAM Gənclər Forumuna Azərbaycan sədrlik edəcək

2010-2011-ci illərdə GUAM Gənclər Forumuna Azərbaycan sədrlik edəcək
# 08 sentyabr 2009 12:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2010-2011-ci illərdə GUAM Gənclər Forumuna Azərbaycan sədrlik edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə. Bu barədə qərar sentyabrın 1-2-də Bakıda keçirilmiş GUAM ölkələri Gənclər Forumunun II Konqresi zamanı qəbul olunub. Forumun nizamnaməsinə əsasən, hər 2 ildən bir sədrlik rotasiya yolu ilə digər ölkələrə ötürülür. Rotasiyaya uyğun olaraq, 2010-2011-ci illərdə Foruma Azərbaycanın sədrlik etməsi qərara alınıb. Foruma sədrliyə Azərbaycan Gənclər İttifaqının sədr müavini İlqar Mustafayevin namizədliyi irəli sürülüb. Namizədin platforması dinlənildikdən sonra İlqar Mustafayev açıq səsvermə yolu ilə GUAM ölkələrinin Gənclər Forumunun yeni sədri seçilib. Seçkilərdən sonra Forumun 2010-cu il üçün fəaliyyət planı müzakirə olunub və qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR