Bank Of Baku

Azərbaycan hökuməti «İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları»nı təsdiq edib

Azərbaycan hökuməti «İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları»nı təsdiq edib
# 08 sentyabr 2009 12:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)»nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalar qurbanların daha asanlıqla aşkarlanması və hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin aidiyyəti qurumların əməkdaşlarına insan alverindən zərər çəkmiş şəxslərin müəyyənləşdirilməsi ilə bağlı zəruri biliklərin verilməsindən ibarətdir.

Qaydalarda qurbanların əlamətləri, insan alverinin qurbanı olan uşaqların, cinsi istismara, məcburi ev əməyinə və əməyin istismarına məruz qalan qurbanların müəyyənləşdirilməsi, onların müəyyən edilmə üsulları və müəyyənləşdirmə metodikası, müəyyənləşdirmə sorğusu, qiymətləndirmə sualları, əlavə təsdiqedici materiallar, anket sorğusunun aparılmasına dair əlavə tövsiyələr əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR