Bank Of Baku

Sumqayıtda beynəlxalq tibb konfransı keçirilib

Sumqayıtda beynəlxalq tibb konfransı keçirilib
# 08 sentyabr 2009 15:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində "Hepatitə yox deyək" adlı Beynəlxalq Tibb Konfransı keçirilib. Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, “Hippokrat” Tibb Mərkəzi və Almaniya Federativ Respublikasının Lüdviqshafen Şəhər Klinikasının birgə təşkilatçılığı ilə keçirilən konfransa Prezident Yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstək verib. Konfransda çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Sumqayıt və Lüdviqshafen şəhərləri arasında dostluq əlaqələrindən danışaraq konfransın şəhər səhiyyəsinin inkişafında böyük rol oynayacağını qeyd edib.

Konfrans zamanı prof. J. F. Riemann “Müasir Qastroenterologiyada müayinə metodları”, prof. U.Höffler “A/H1N1 virusu”, Z. Babayeva isə “Qastroenterologiyada ultrasəs müayinəsi” mövzusunda məruzə oxuyub.

Beynəlxalq konfrans xarici və yerli ekspertlərin iştirakı ilə öz işini növbəti iki gündə “Hippokrat” Elm-istehsalat Birliyində davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR