Bank Of Baku

Azərbaycanda floranın mühafizəsi sahəsində dəymiş ziyana görə iddia qaldırılıb

Azərbaycanda floranın mühafizəsi sahəsində dəymiş ziyana görə iddia qaldırılıb
# 09 sentyabr 2009 08:32 (UTC +04:00)
~Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları avqustun 3-dən sentyabrın 6-dək ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparıblar. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 16 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 5 göstəriş verilib. Ümumilikdə 17 iş üzrə 18500 manat məbləğində cərimə tətbiq edilib və dəymiş ziyana görə 9 iş üzrə 108642,33 manat məbləğində iddia qaldırılıb.
Atmosfer havasının mühafizəsi üzrə 2 akt tərtib olunub, 1 məcburi göstəriş verilib. 2 iş üzrə 3700 manat məbləğində cərimə tətbiq edilib. Yerin təkinin mühafizəsi sahəsində 5 akt və protokol tərtib olunub, 2 məcburi göstəriş verilib, 3 iş üzrə 1200 manat məbləğində cərimə tətbiq edilib və dəymiş ziyana görə 5 iş üzrə 106540 manat məbləğində iddia qaldırılıb.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 3 akt və protokol tərtib olunub, 2 məcburi göstəriş verilib. 6 iş üzrə 10000 manat məbləğində cərimə tətbiq edilib.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 5 akt və protokol tərtib olunub, 6 iş üzrə 3600 manat məbləğində cərimə tətbiq edilib və dəymiş ziyana görə 4 iş üzrə 2102,33 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR