Bank Of Baku

Millət vəkili Azərbaycanda dərs ilinin sentyabrın 1-dən başlanmasını təklif edir

Millət vəkili Azərbaycanda dərs ilinin sentyabrın 1-dən başlanmasını təklif edir
# 09 sentyabr 2009 09:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycanda təhsilin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri də yeni dərs ilinin sentyabrın 1-də deyil, 15-də başlanmasıdır”. Bu sözləri APA-ya açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu deyib.

F. Qəzənfəroğlu deyib ki, bir neçə il əvvəl dərs ilinin başlanğıcının sentyabrın 1-dən 15-nə keçirilməsi yanlış qərar olub: “Təhsil Nazirliyinin bu qərarı həm şagirdlər, həm də müəllimlər arasında ritm pozğunluğuna gətirib çıxarıb. Onların yeni sistemə uyğunlaşması üçün bir neçə il, mən deyərdim ki, hətta nəsil dəyişikliyi tələb olunur”.

Millət vəkili mövcud durumdan çıxış yolu olduğunu da vurğulayıb: “Hesab edirəm ki, ən düzgün yol yeni dərs ilinin, əvvəllər olduğu kimi, sentyabrın 1-dən başlanmasıdır. Ona görə də 2010-cu ildən dərs ilinin yenidən sentyabrın 1-dən başlanmasını təklif edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR