Bank Of Baku

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 sentyabr - Bilik Günü ilə bağlı humanitar aksiya keçirir

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 sentyabr - Bilik Günü ilə bağlı humanitar aksiya keçirir
# 09 sentyabr 2009 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 15 sentyabr - Bilik Günü ərəfəsində tərkibində iki və daha artıq sağlamlıq imkanları məhdud məktəbli uşağı olan ailələrə maddi yardım göstərəcək. Bu barədə «APA-Economics»ə ƏƏSMN-in mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin vəsaiti hesabına sentyabrın 10-dan 12-dək hər əlil məktəbli uşağa 20 manat məbləğində maddi yardım veriləcək. Ümumilikdə ölkə üzrə 1 415 ailəyə 3 065 nəfər sağlamlıq imkanları məhdud olan uşağa görə yardımın verilməsi nəzərdə tutulur. Həmin ailələrdən 1 209-u tərkibində 2, 179-u tərkibində 3, 27-si isə tərkibində 4 və 5 nəfər sağlamlıq imkanları məhdud uşağı olan ailələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR