Bank Of Baku

Orta məktəblərə müəllim qəbulu ilə bağlı Təhsil Nazirliyinin internet saytına 2000-dən çox müraciət daxil olub

Orta məktəblərə müəllim qəbulu ilə bağlı Təhsil Nazirliyinin internet saytına 2000-dən çox müraciət daxil olub
# 09 sentyabr 2009 11:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Orta məktəblərə müəllim qəbulu ilə bağlı Təhsil Nazirliyinin internet saytına 2000-dən çox müraciət daxil olub. Lakin onlardan 1044 nəfəri öz ərizəsini təsdiqləyib və digər təsdiqedici sənədləri təqdim edib”. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. O deyib ki, sabahdan etibarən verilmiş ərizələr və təsdiqləyici sənədlər araşdırılmağa başlayacaq: “Əgər bir yerə bir ərizə təqdim olunubsa, bununla bağlı dərhal qərar verəcəyik. Bir yerə birdən çox ərizə təqdim olunubsa, həmin şəxslər üçün ayrıca müsabiqə keçirəcəyik. Sentyabrın 20-dək vakant müəllim yerlərinin tutulması ilə bağlı elan edilən nəticələr tam açıqlanacaq”.

Nazir bildirib ki, məktəb direktorları ilə keçirdiyi iclasdan sonra məlum olub ki, Təhsil Nazirliyinə heç də bütün boş qalan yerlərlə bağlı məlumatlar verilməyib: “Sentyabrın sonuna qədər Təhsil Nazirliyi daha bir elan verəcək. Yalnız bir məqsədimiz var. Məktəblərə yalnız xüsusi biliyi və qabiliyyəti olan adamlar işə götürüləcək”.

Nazir xatırladıb ki, son 5 il ərzində 7 minə yaxın müəllim ucqar kəndlərə işləməyə göndərilib. Bu il ucqarlara göndərilən müəllimlərin sayı 1308 olub: “Mənə elə gəlir ki, biz ucqar kəndlərdə müəllim çatışmazlığı problemini 90 faiz həll etmişik. Əgər Bakıda müəllimlərin işə götürülməsi ilə bağlı siyasəti davam etdirsək, daha çox müəllimi ucqarlara göndərə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR